Premyer Liqada 100-cü qol: Qərib İbrahimov

Premyer Liqada 100-cü qol: Qərib İbrahimov
Topaz Premyer Liqasında mövsümün 100-cü qolu vurulub. Fanat.az xəbər verir ki, yubiley qolu AZAL - "Simurq" oyununda qeydə alanıb.
IX tura qədər baş tutan 40 oyunda qapılara 93 qol vurulmuşdu. Bu gün isə "Qəbələ" - "Neftçi" matçında 3, "Sumqayıt" - "İnter" görüşündə 2 qol qeydə alınıb və say 98-ə çatıb. Saat 18.00-da başlayan "Rəvan" - "Xəzər Lənkəran" matçının 17-ci dəqiqəsində Sahib Savankulovun vurduğu qol 99-cu, eyni saatda startı verilən AZAL - "Simurq" görüşünün 23-cü dəqiqəsində fərqlənən Qərib İbrahimovun qolu isə 100-cü olub.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər