Premyer Liqa: yanvar ayının reytinq CƏDVƏLİ

Premyer Liqa: yanvar ayının reytinq CƏDVƏLİ
Bu ildən etibarən Fanat.az Topaz Premyer Liqasında çıxış edən komandaların aylıq reytinq cədvəli təqdim edəcək. Cədvəli tərtib edərkən 2011/12 mövsümünün nəticələri komandanın aktivindən silinərək bu ilki nəticələr əlavə olunur. 
Çempionatımızda ilk dəfə yanvar ayında oyun keçirildiyindən, yalnız komandaların attivinə xal əlavə olunur. XIX turda keçirilən 2 oyunun ("İnter" - "Sumqayıt" və AZAL - "Neftçi") nəticəsi cədvəldə nəzərə alınıb. Digər 2 oyun ("Simurq" - "Xəzər Lənkəran" və "Bakı" - "Qəbələ") fevralın 1-ə təsadüf etdiyindən, həmin nəticələr fevral ayının reytinq cədvəlində yer alacaq.
Cədvəldən göründüyü kimi, dekabr ayı ilə müqayisədə, heç bir yerdəyişmə baş verməyib. Dekabr-yanvar aylarının nəticəsinə görə daha çox xal qazanan komanda "Simurq" və "Qəbələ" olub - 3.5 xal. "Rəvan" isə daha çox - 3.0 xal itirib:  

№

Klub

Xal

1 (1)

Qarabağ

284.0

2 (2)

Neftçi

248.0

3 (3)

İnter

230.5

4 (4)

Xəzər Lənkəran

143.0

5 (5)

Qəbələ

114.0

6 (6)

Bakı

109.0

7 (7)

Simurq           

101.0

8 (8)

AZAL

91.0

9 (9)

Sumqayıt

67.5

10 (10)

Rəvan

59.5

11 (11)

Turan

32.0

12 (12)

Kəpəz

21.5

Qeyd: mötərəzədə komandaların ötən aykı mövqeyi göstərilib.

Rasim Əliyev
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər