Premyer Liqa: XV turun rəmzi komandası

Premyer Liqa: XV turun rəmzi komandası
Topaz Premyer Liqasında XV turun rəmzi komandası açıqlanıb. Fanat.az xəbər verir ki, "InStat Football" şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi analitik məlumatlara əsasən ötən turun ən yaxşı "11-liy"ində "Simurq"un üstünlüyü var.
Zaqatala klubunun 3 üzvü rəmzi komandaya düşüb. Ən yaxşı "11-lik"də "Qəbələ" və "Qarabağ"dan 2, "Xəzər Lənkəran", "Neftçi", "İnter" və "Bakı"dan 1 futbolçu düşüb. "Qarabağ"ın yarımmüdafiəçisi Çumbinyo ardıcıl ikinci dəfə rəmzi komandada yer alıb.
Qapıçı: Georgi Lomaya (İnter).
Müdafiəçilər: Yure Travner (Bakı), İdan Vaytsman (Simurq), Manuel Skarlatake (Xəzər Lənkəran), Maksim Medvedev (Qarabağ).
Yarımmüdafiəçilər: Bruno Bertuççi (Neftçi), Mzee Patrik Osiako (Simurq), Nizami Hacıyev (Qəbələ), Marinaldo Silva (Qarabağ).
Hücumçular: Draqan Çeran (Simurq), Yannik Kamanan (Qəbələ).
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər