Premyer Liqa tarixinin ən yaxşı müdafiəçisi bəlli oldu - Toni Adams 8-cidir

Premyer Liqa tarixinin ən yaxşı müdafiəçisi bəlli oldu - Toni Adams 8-cidir

İngiltərə Premyer Liqa tarixinin ən yaxşı müdafiəçilərinin reytinqi müəyyənləşdirilib.

Fanat.Az xəbər verir ki, "FourFourTwo" portalının tərtib etdiyi reytinqə “Mançester Yunayted”in keçmiş futbolçusu Rio Ferdinand başçılıq edir.

İkinci yerdə Eşli Koul (“Çelsi”, “Arsenal”) qərarlaşıb, Vircil van Deyk (“Liverpul”, “Sauthempton”) isə ilk "üçlüy"ü tamamlayır.

İlk "10-luq"da həmçinin bu futbolçular yer alıb: Con Terri ("Çelsi"), Kayl Uoker ("Mançester Siti", "Tottenhem", "Aston Villa"), Vinsent Kompani ("Mançester Siti"), Nemanya Vidiç ("Mançester Yunayted"), Toni Adams ("Arsenal"), Sol Kempbell ("Tottenhem", "Arsenal", "Portsmut", "Nyukasl"), Qari Nevill ("Mançester Yunayted").

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər