İngiltərə Premyer Liqasında XI turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, turun mərkəzi oyununda "Liverpul" "Çelsi"ni qəbul edib.
Hesabı 9-cu dəqiqədə meydan sahiblərindən Emre Can açıb. Qonaqlar buna 14-cü dəqiqədə Hari Kahillin qolu ilə cavab verib. 67-ci dəqiqədə isə Dieqo Kosta "Çelsi"nin qələbə qolunu vurub - 2:1.
Qeyd edək ki, "Çelsi" hazırda turnir cədvəlinə başçılıq edir. "Mavi"lər 11 oyunda 9 qələbə qazanıb, 2 heç-heçə edib və 29 xal toplayıb. "Liverpul" isə 14 xalla 8-ci pillədə qərarlaşıb.
Fanat.az