Premyer Liqa nəhəngi "Bayern"in ulduzuna elçi düşdü - SON DURUM

Premyer Liqa nəhəngi "Bayern"in ulduzuna elçi düşdü - SON DURUM

Ulduz yarımmüdafiəçi Leroy Sane "Bayern"i tərk edərək karyerasını yenidən "Dumanlı Albion"da davam etdirə bilər. 

Fanat.Az xəbər verir ki, bu barədə Almaniyanın "Sky Sports" nəşri məlumat yayıb. 

Mənbənin məlumatına görə, Londonun “Arsenal” klubu vingeri transfer etməkdə maraqlıdır. 

"Topçular" 28 yaşlı futbolçunun keçidini hazırkı transfer pəncərəsində rəsmiləşdirməyi planlaşdırır. Baxmayaraq ki, mənbə Leroyun Münhendən ayrılmaq niyyətində olmadığını, gələcəyini "Bayern"lə bağladığını vurğulayıb. 

Sane otən mövsüm "Bayern" forması ilə bütün yarışlarda 42 matç keçirib. Yarımmüdafiəçi bu görüşlərdə 10 qol vurub, 13 məhsuldar ötürmə edib. Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər