Premyer Liqa nəhəngi Gülərə elçi düşdü - Rekord təklif

Premyer Liqa nəhəngi Gülərə elçi düşdü - Rekord təklif

"Real Madrid"in yarımmüdafiəçisi Arda Gülərin karyerasını İngiltərə Premyer Liqasında davam etdirmək variantı var. 

Fanat.Az xəbər verir ki, informasiyanı “Todofichajes” yayıb. 

Mənbənin məlumatına görə, 19 yaşlı türkiyəli futbolçunun transferində "Liverpul" maraqlıdır. Mersisayd nəhənginin rəhbərliyi futbolçunun alınması üçün 70 milyon avro ayırmağa hazırdır. Bu təzminat məbləği hələlik “kral klubu"nu razı salmır. İddiaya görə, "Real" ən azı 80 milyon istəyir. 

Arda ötən yay Madrid klubuna keçib. Türk futbolçu 6 illik müddətə müqavilə imzalayıb. "Transfermarkt" onun dəyərini 45 milyon avro qiymətləndirir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər