Premyer Liqanın XV turunun 5 oyununda qapılara 7 qol vurulub. Fanat.az xəbər verir ki, hər oyunda orta hesabla 1,4 qol qeydə alınıb.
Ən məhsuldar oyun "Sumqayıt" - "Neftçi" matçı olub. 3 qolulun vurulduğu qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi rlə yekunlanışıb. "Rəvan" - "Qəbələ" (0:1) və "Bakı" - "İnter" oyunlarında 1, "Xəzər Lənkəran" - AZAL matçında (1:1) 2 qol qeydə alınıb. "Simurq" - "Qarabağ" görüşündə isə hesab açılmayıb.
Mövsümün arxada qalan 15 turunun 75 oyununda ümumilikdə 171 qol vurulub ki, bu da hər oyuna orta hesabla 2,28 top deməkdi. Bundan əvvəl iki dəfə 2 dəfə - XI və XIII turlarda 7 qol vurulmuşdu.
Fanat.az