Premyer Liqa klubunun Maykl Cekson lənəti

Premyer Liqa klubunun Maykl Cekson lənəti
İngiltərənin köklü klublarından olan "Fulhem" uğursuz mövsüm keçirdi. Mövsüm ərzində 3 baş məşqçinin rəhbərlik etdiyi komanda Premyer Liqadakı yerini qoruya bilmədi və "Çempionşip"ə düşdü.
Fanat.az xəbər verir ki, klubun keçmiş sahibi Məhəmməd Əl Fayed uğursuzluğa səbəb kimi mövsüm ərzində alınan pis nəticələri görmür. Nə qədər ilginc və gülməli olsa da, o, uğursuzluğu Maykl Ceksonun heykəli ilə əlaqələndirib.
Əl Fayed bildirib ki, "Fulhem"in oyunlarını keçirdiyi "Kraven Kottage" stadionun qarşısındakı Maykl Ceksonun heykəli götürüləndən sonra komanda lənətlənib bu üzdən Premyer Liqadakı yerini itirib: "Bu sehirli heykəl götürüləndən sonra klubun üzərindəki tilsim də yox oldu. İndi məhz bunun cəzasını çəkirik. Klubun yeni prezidenti Şahid Xan heykəli qaldırmaq istədiyini mənə deyəqdə ona çılğın olduğunu demişdim. Ötən gün mənə zəng etdi və heykəli yenidən stadionun qarşısına yerləşdirmək istədiyini bildirdi. Mən də ona bunun artıq mümkün olmadığını dedim".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər