İngiltərənin "Aston Villa" klubu satıla bilər. Fanat.az xəbər verir ki, adı açıqlanmayan iki milyonçu klubu almaq üçün 200 milyon funt-sterlinq vəsait ayırıb.
Yayılan xəbərlərə görə, klub Premyer Liqada qalacağı halda satış baş tutacaq. Hazırda 34 xalı olan "Aston Villa" təhlükəli zonadan 4 xal öndədi.
Qeyd edək ki, "Aston Villa"nın hazırkı sahibi, amerikalı iş adamı Randi Lerner klubu 8 il əvvəl 62 milyon funt-sterlinqə satın almışdı.
Fanat.az