Premyer Liqa klubunun 4 xalı silindi

Premyer Liqa klubunun 4 xalı silindi

“Nottingem Forest”in İngiltərə Premyer Liqasında 4 xalı silinib.

Fanat.Az xəbər verir ki, bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, klub maliyyə qaydalarını pozduğuna görə 4 xaldan məhrum olub. İngiltərə təmsilçisi isə qərardan apellyasiya şikayəti verməyə hazırlaşır.

"Nottingem Forest" bu qərara qədər 25 xalla Premyer Liqanın turnir cədvəlində 17-ci yerdəydi. Klub 4 xalın silinməsi ilə 18-ci yerə geriləyib.

Xatırladaq ki, İngiltərə Premyer Liqasında bu mövsümün əvvəlində "Everton"dan maliyyə qaydalarını pozduğuna görə 10 xal silinib. Lakin apellyasiya şikayətindən sonra Mersisayd təmsilçisinin 4 xalı geri qaytarılıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər