Premyer Liqa klubundan "Barselona"ya 20 milyonluq güzəşt

Premyer Liqa klubundan "Barselona"ya 20 milyonluq güzəşt

"Everton" yarımmüdafiəçisi Amadu Onanın satışı ilə bağlı "Barselona"ya güzəştə getməyə hazırdır. 

Fanat.Az xəbər verir ki, Kataloniya klubu uzun müddətdir transfer hədəfi olan 22 yaşlı futbolçunun qiymətindən çəkinirdi. 

"Football Insider"-in məlumatına görə, "Everton" danışıqlarda güzəştə getməyə və Onana üçün tələbi 50 milyon funt-sterlinqə (təxminən 58 milyon avro) endirməyə hazırdır. Futbolçunun  ilkin qiyməti 70 milyon avro olub. 

Amadou Onanaya "Bayern" və İngiltərə Premyer Liqasının nəhəngləri də göstərirlər. 

Yarımmüdafiəçi bu mövsüm "Everton"da 31 oyun keçirib, 3 qol vurub və bir məhsuldar ötürmə edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər