Gürcüstanlı qapıçı Giorgi Mamardaşvili yay transfer pəncərəsində "Valensiya"nı tərk etməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı "Todofichajes" yayıb.
Xəbərə görə, İngiltərənin "Nyukasl" klubu 23 yaşlı qolkiperlə müqavilə bağlamaqda maraqlıdır. "Sağsağanlar"ın ona görə 35 milyon avro xərcləməyə hazır olduğu bildirilir.
Mamardaşvili İspaniya çempionatının bu mövsümündə 30 oyun keçirib və 32 qol buraxıb. Gürcü qolkiper 12 görüşdə qapısını toxunulmaz saxlayıb.
"Valensiya" La Liqanın 30 turundan sonra 44 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
Mirağa