Premyer Liqa: IX turda 81850 azarkeş

Premyer Liqa: IX turda 81850 azarkeş

Premyer Liqanın IX turu azarkeş sayının ən az olduğu ikinci həftə kimi tarixə düşüb. Fanat.az xəbər verir ki, bütün oyunların eyni gündə keçirildiyi turu 5800 nəfər canlı izləyib.

Hər matça orta hesabla 1160 nəfərin maraq göstərdiyi həftədə ən çox azarkeş "Qəbələ" - "Neftçi" oyununda olub - 2500 nəfər. "Sumqayıt" - "İnter" qarşılaşması isə cəmi 300 nəfərdə maraq oyadıb.

Qəbələ - Neftçi (2500 tamaşaçı)

Qarabağ - Bakı (1000 tamaşaçı)

Rəvan - Xəzər Lənkəran (1000 tamaşaçı)

AZAL - Simurq (1000 tamaşaçı)

Sumqayıt - İnter (300 tamaşaçı)

Ümumilikdə IX turun 45 oyununu 81850 nəfər canlı izləyib ki, bu da hər oyuna orta hesabla 1818 nəfər deməkdi. İndiyədək ən çox azarkeş IV turdakı "Xəzər Lənkəran" - "Neftçi" oyununda qeydə alınıb. Mövsümün antirekordu isə "Simurq"a məxsusdu. Zaqatala klubunun I-VI turlardakı "Rəvan" və "Sumqayıt"la oyunlarını 150 nəfər izləyib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər