Premyer Liqa iştirakçılarının sayı artırıldı

Premyer Liqa iştirakçılarının sayı artırıldı
AFFA Topaz Premyer Liqasında iştirakçılarının sayını artırıb. Fanat.az xəbər verir ki, yeni mövsümdən çempionatda yenə 12 komanda çıxış edəcək.
Cari mövsümün nəticələrinə əsasən heç bir klub Premyer Liqanı tərk etməyəcək. I diviziondan isə iki komanda güclülər dəstəsinə vəsiqə qazanacaq. Bununla bağlı İcraiyyə Komitəsinin qərarında deyilir: "Lisenziya tələblərinə uyğun olacağı təqdirdə 2014-15-ci il mövsümündən Topaz Premyer Liqasının 12 komandanın iştirakı ilə keçirilməsi müzakirə olunsun".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər