“Bildiyiniz kimi, bir neçə gün sonra İcraiyyə Komitəsinin iclası keçiriləcək. Həmin iclasda əsas müzakirə mövzusu Azərbaycan yığmasının baş məşqçisinin kimliyi müzakirə olunacaq”. Fanat.az xəbər verir ki, bu sözləri Peşəkar Futbol Liqasının departament rəhbəri Zamiq Hüseynov deyib.
Son vaxtlar Premyer Liqadakı klubların sayının artacağı ilə bağlı iddialara münasibət bildirən Hüseynov bunu fərziyyə adlandırıb: “Bütün bunlar fərziyyədi. Hazırda belə bir məsələ gündəmdə yoxdu. Hadisələrin necə inkişaf edəcəyini isə bilmirəm”.
Qeyd edək ki, Premyer Liqa hazırda 10 komandanın iştirakı ilə keçirilir. İddialara görə, Premyer Liqada gələn mövsümdən 14 komanda mübarizə aparacaq”.
Fanat.az