Premyer Liqa iştirakçıları "gümüş" və "bürünc" görməyəcəklər

Premyer Liqa iştirakçıları "gümüş" və "bürünc" görməyəcəklər

Mövsümün yekununa görə Misli Premyer Liqasında ikinci və üçüncü yerləri tutan komandalara medal verilməyəcək. 

Fanat.Az-ın məlumatına görə, Peşəkar Futbol Liqası ilk yeri tutan komanda istisna olmaqla, çempionatın digər medalçılarını mükafatlandırmayacaq. 

Bu barədə Premyer Liqanın cari mövsüm üçün əsasnaməsində də xüsusi bənd var. 

Əlavə edək ki, eyni hal Birinci Liqaya da aiddir. PFL yalnız İkinci Liqada bütün mükafatçılara medal paylayacaq ki, bu da stimul məqsədi daşıyır. 

Qeyd edək ki, "Qarabağ" a çempionluq kuboku və qızıl medallar 36-cı turda "Araz Naxçıvan"la "Azərsun Arena" da baş tutacaq maçtdan sonra təqdim ediləcək. Oyun mayın 26-sı saat 19:30-da start götürəcək. 

Nahid Ustaclı

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər