“Premyer Liqa ilə Birinci Liqa arasında fərq böyükdür”

“Premyer Liqa ilə Birinci Liqa arasında fərq böyükdür”

Azərbaycan kubokunun 1/8 final mərhələsində "İrəvan"la qarşılaşan və 8:2 hesablı qələbə qazanan "Araz-Naxçıvan"in baş məşqçisi Azər Bağırov fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, o, matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:

“Oyun istədiyimiz məcrada başlamadı. Uşaqlar bir qədər  konsentrasiyanı itirmişdilər. Sonra çalışdıq, lazımi zonaları bağladıq. Qələbə münasibəti ilə komandamı təbrik edir, "İrəvan"a isə qarşıdakı oyunlarda uğurlar arzulayıram. 

Premyer Liqa ilə Birinci Liqa arasında fərq böyükdür. Bu, komandaların hazırlıq prosesinə də təsir edir. Bəzən istək, əzmkarlıq ustalıq səviyyəsini üstələyə bilir. Ona görə işimizə ciddi yanaşmalıyıq".  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər