Premyer Liqanın XII turunun oyunlarını 5 min azarkeş izləyib. Fanat.az xəbər verir ki, bu hər oyuna orta hesabla 1000 nəfər deməkdi.
Ən çox tamaşaçı "Neftçi" - "Xəzər Lənkəran" oyununa gəlib. "Böyük oyun"u adına yaraşmayan sayda - 2 min azarkeş izləyib:
Neftçi - Xəzər Lənkəran (2000 tamaşaçı)
Qarabağ - Qəbələ (1000 tamaşaçı)
Sumqayıt - AZAL (1000 tamaşaçı)
İnter - Rəvan (500 tamaşaçı)
Bakı - Simurq (500 tamaşaçı)
12 turun 60 oyununu ümumilikdə 103350 nəfər izləyib ki, bu da hər oyuna orta hesabla 1722 nəfər deməkdi. Ən çox azarkeş IV turda "Xəzər Lənkəran" - "Neftçi" oyununa toplaşıb - 10000. I turun "Simurq" - "Rəvan" və VI turun "Simurq" - "Sumqayıt" matlarında isə 150 nəfər olub.
Fanat.az