İngiltərə Premyer Liqasında 2015/16 mövsümünə start verilib. Fanat.az хəbər verir ki, açılış oyununda "Mançester Yunayted" "Tottenhem"i qəbul edib.
"Old Trafford"da baş tutan qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçın yeganə qolunu 22-ci dəqiqədə "Tottenhem"in futbolçusu Kile Valker öz qapısına vurub.
Fanat.az