Premyer Liqa: 9 turda 105 qol

Premyer Liqa: 9 turda 105 qol
Premyer Liqanın IX turunun 5 oyununda qapılara 12 qol vurulub. Fanat.az xəbər verir ki, bu hər qarşılaşmaya orta hesabla 2.4 top deməkdi.
Ümumlikdə 9 turun 45 oyununda komandalar 105 dəfə fərqlənib (orta hesabla 2.33). Ən çox qol vuran komandalar "İnter"lə "Bakı" olub - 16. Lider "Qarabağ" və 3-cü pillədəki "Qəbələ" 14 DƏFƏ fərqlənib. "Neftçi" rəqib qapılarına 12, AZAL 9, "Simurq" 8, "Xəzər Lənkəran" 7, "Rəvan" 5 dəfə yol tapıb. Ən az isə "Rəvan"ın oyunçuları fərqlənib - 9 turda 4 qol.
Turlar arasında ən məhsuldarı VI tur olub - 16 qol. Ötən həftə isə cəmi 2 qol vurulmuşdu.
Qeyd edək ki, bu turda mövsümün 100-cü qolu vurulub. Yubiley qolunun müəllifi AZAL-ın üzvü Qərib İbrahimov olub.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər