Bu həftə Premyer Liqada 24-cü mövsümün ilk oyunları baş tutacaq. Fanat.az xəbər verir ki, nəticəsi ləğv olunan matçlar nəzərə alınmamaqla, arxada qalan 23 çempionatda 2680 futbolçu iştirak edib.
1992-ci ildə start götürən yarışda ən çox oyun keçirən futbolçu Mahmud Qurbanovdu. 421 oyuna çıxan sabiq yarımmüdafiəçi Azər Məmmədovdan 23, Aslan Kərimovdan 29 matç öndədi.
Karyerasını davam etdirən oyunçulardan yalnız ikisi - Rəşad Abdullayev və Rəşad Sadiqov ilk 10 futbolçu arasında yer alıb.
Premyer Liqada ən çox oyun keçirən 10 futbolçu
| 1. | Mahmud Qurbanov | 421 |
| 2. | Azər Məmmədov | 388 |
| 3. | Aslan Kərimov | 382 |
| 4. | Aqil Məmmədov | 363 |
| 5. | İsmayıl Məmmədov | 351 |
| 6. | Rəşad Abdullayev | 337 |
| 7. | Kənan Kərimov | 327 |
| 8. | Rəşad Sadiqov | 318 |
| 9. | Nadir Nəbiyev | 316 |
| 10. | Mübariz Orucov | 311 |
23 ildə 1275 futbolçu rəqib qapısına qol vurub. Bombardirlər siyahısına 183 dəfə fərqlənən Nazim Əliyev başçılıq edir. O, Müşfiq Hüseynovdan 58 qol çox vurub. 3-cü olan Rövşən Əhmədov ən sərrast oyunçu Əliyevdən 67 top geri qalır. İlk 10 pillədə qərarlaşanların hər biri futbolçu karyerasını başa vurub.
Premyer Liqanın 10 ən yaxşı bombardiri
| 1. | Nazim Əliyev | 183 |
| 2. | Müşfiq Hüseynov | 125 |
| 3. | Rövşən Əhmədov | 116 |
| 4-5. | Qurban Qurbanov | 115 |
|
| Samir Ələkbərov | 115 |
| 6. | Alay Bəhramov | 108 |
| 7. | Nadir Nəbiyev | 103 |
| 8-9. | Xaqani Məmmədov | 102 |
|
| Vadim Vasilyev | 102 |
| 10. | Kənan Kərimov | 101 |
Fanat.az