Premyer Liqa: 18 turu neçə nəfər izləyib?SİYAHI

Premyer Liqa: 18 turu neçə nəfər izləyib?SİYAHI

Premyer Liqada ikinci dövrəyə və 2013-cü ilə yekun vurulub. Fanat.az xəbər verir ki, son turun 5 oyununu 5700 nəfər izləyib. Bu hər oyuna orta hesabla 1140 azarkeş deməkdi.

Ən çox azarkeş "Xəzər Lənkəran" - "Sumqayıt" matçına toplaşıb. Lənkərandakı matçı 3000 nəfər izləyib. "Rəvan" - "Simurq" matçı isə 200 nəfərin marağına səbəb olub.

Xəzər Lənkəran - Sumqayıt (3000 tamaşaçı)

Qəbələ - Bakı (1500 tamaşaçı)

AZAL - Neftçi (500 tamaşaçı)

Qarabağ - İnter (500 tamaşaçı)

Rəvan - Simurq (200 tamaşaçı)

Ümumilikdə 18 turun 90 oyununu 144750 nəfər izləyib ki, bu da hər matça orta hesabla 1608 nəfərin toplaşması deməkdi. Mövsümün rekordu IV turun "Xəzər Lənkəran" - "Neftçi" matçında qeydə alınıb. "Böyük oyun" 10000 nəfərin marağına səbəb olub. I turun "Simurq" - "Rəvan" və VI turun "Simurq" - "Sumqayıt" görüşlərini 150 nəfər izləyib.

Ən məhsuldar tur IV tur olub. "Xəzər Lənkəran" - "Neftçi" qarşılaşmasının baş tutduğu turun oyunlarını 13450 nəfər izləyib. Mövmsümün anti-rekordu isə XIV tur olub - 3700 nəfər.

tur

azarkeş

orta hesabla

I

8500

1700

II

10600

2120

III

11100

2220

IV

13450

2690

V

6000

1200

VI

10550

2210

VII

5450

1090

VIII

10400

2080

IX

5800

1160

X

7550

1510

XI

8950

1790

XII

5000

1000

XIII

8700

1740

XIV

3700

740

XV

8050

1610

XVI

7200

1440

XVII

8050

1610

XVIII

5700

1140

Cəmi

144750

1608

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər