Premyer Liqa: 18 turda neçə qol vurulub?

Premyer Liqa: 18 turda neçə qol vurulub?

Premyer Liqada ikinci dövrəyə və 2013-cü ilə yekun vurulub. Fanat.az xəbər verir ki, son turun 5 oyununda 17 qol vurulub. Bu hər matça orta hesabla 3,4 top deməkdi.

Ən çox "Xəzər Lənkəran" - "Sumqayıt" oyununda qol vurulub. 7 qolun qeydə alındığı matçda meydan sahibləri 4:3 hesablı qələbə qazanıb.

"Rəvan" - "Sumqayıt" (0:3) və AZAL - "Neftçi" (1:2) görüşlərində 3, "Qəbələ" - "Bakı" (2:0) və "Qarabağ" - "İnter" (2:0) matçlarında 2 qol qeydə alınıb.

Ümumilikdə 18 turun 90 oyununda qapılara 213 qol vurulub ki, bu da hər matça orta hesabla 2,3 top deməkdi. Ən məhsuldar tur XII tur olub. Həmin həftə qapılara 22 top vurulub. 17 qolun qeydə alındığı sonuncu - XVIII tur mövsümün ikinci göstəricisidi. Ən az qol isə VIII turda vurulub - 2.

tur

qol

orta hesabla

I

15

3

II

14

2.8

III

14

2.8

IV

11

2.2

V

10

2

VI

16

3.2

VII

11

2.2

VIII

2

0.4

IX

12

2.4

X

14

2.8

XI

7

1.4

XII

22

4.4

XIII

7

1.4

XIV

9

1.8

XV

7

1.4

XVI

13

2.6

XVII

12

2.4

XVIII

17

3.4

Cəmi

213

2.3

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər