Popoviç Premyer Liqaya qayıtdı

Popoviç Premyer Liqaya qayıtdı

"Tavşanlı Linyitspor"dan ayrılan Andrey Popoviç yenidən Premyer Liqada çıxış edəcək. Fanat.az xəbər verir ki, qolkiper yenidən "Sumqayıt"la anlaşıb.

Türkiyə klubundan maliyyə problemlərinə görə ayrılan Popoviç gənclik şəhəri təmsilçisi ilə anlaşıb. O, tezliklə rəsmi müqavilə imzalayacaq.

Qeyd edək ki, Popoviç "Tavşanlı Linyitspor"un heyətində cəmi bir kubok oyununa çıxıb. O, 2011/12 mövsümündə "Sumqayıt"ın heyətində 29 oyun keçirib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər