PFL Premyer Liqanın 1 oyununu təxirə saldı

PFL Premyer Liqanın 1 oyununu təxirə saldı

"Sumqayıt" və "Qəbələ"nin əvəzedici komandaları arasında matçın təxirə salınması barədə xəbər vermişdik. Artıq əsas komandalar arasındakı oyunun da vaxtı dəyişdirilib.

Fanat.az xəbər verir ki, Peşəkar Futbol Liqası sabah baş tutmalı olan oyunun fevralın 2-də keçirilməsinə qərar verib. Buna səbəb oyunun keçiriləcəyi Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionun qar altında qalması olub. Matçın start fiti saat 14.00-da çalınacaq.

Bu arada "Sumqayıt" və "Qəbələ"nin əvəzedici komandaları arasında oyunun da vaxtı müəyyənləşib. Bu qarşılaşma da fevralın 2-də baş tutacaq və saat 10.00-da başlayacaq.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər