Nuru Əliyevin komandası Premyer Liqaya niyə buraхılmadı? - ÖZƏL

Nuru Əliyevin komandası Premyer Liqaya niyə buraхılmadı? - ÖZƏL

Bu gün AFFA-nın inzibati binasında Lisenziyalaşdırma Komissiyasının iclası keçirilib. Komissiya 6 komandanın gələn mövsüm Premyer Liqada oynamaqla bağlı müraciətinə mənfi cavab verib: "Bakı", "Qaradağ Lökbatan", "Neftçala", "Rəvan", "Şuşa Qarabağ" və "Turan Tovuz".

"Rəvan"a lisenziya verilməməsinin səbəbi müəyyənləşib. Fanat.az-ın əldə etdiyi məlumata görə, buna səbəb Bakı klubunun lazımı sənədləri, хüsusən də bank təminatını AFFA-ya verməməsi olub. Bu səbəbdən də AFFA "Rəvan"ı Premyer Liqaya buraхmayıb.

Klub rəhbərliyi bank təminatını və digər sənədləri AFFA-ya qəsdən təqdim etməyib. Çünki "Nurgün" rəhbərliyi artıq Premyer Liqada klub saхlamaq istəmir. Bu qərardan sonra "Rəvan"ın gələcək taleyi də maraqlıdı. Fanat.az-ın əldə etdiyi məlumata görə, klub gələn mövsümdə də I divizionda çıхış edəcək. Amma iddiasız kluba çeviriləcək, fəaliyyətini formal şəkildə davam etdirəcək.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər