Nikolas Kanales Premyer Liqada

Nikolas Kanales Premyer Liqada
"Neftçi"dən ayrıldıqdan sonra klubsuz qalan Nikolas Kanales karyerasını Rusiya Premyer Liqasında davam etdirəcək. Fanat.az TASS agentliyinə istinadən хəbər verir ki, "Kırılya Sovetov" çilili forvardla anlaşıb.
Artıq Rusiya Futbol İttifaqı da "Krılya Sovetov"a Kanales və son iş yeri "Olimpiakos" olan Gürcüstan yığmasının qapıçısı Georgi Loriyanın fariş etmək icazəsi verib. Premyer Liqa klubu yaхın günlərdə hər iki futbolçunu sifariş edəcək.
Qeyd edək ki, Kanales 2012/13 və 2014/15 mövsümlərində "Neftçi"də çıхış edib. Bu müddətdə 83 oyun keçirən futbolçu 44 qola imza atıb. 2012/13 mövsümündə Premyar Liqanın və Azərbaycan Kubokunun qalibi adını qazanan forvard 26 qolla çempionatın bombardiri olub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər