"Qalatasaray"ın qolkiperi Fernando Musleraya transfer pəncərəsi açılmamış artıq "göz qoyanlar" tapılıb. Fanat.az xəbər verir ki, ingilis mətbuatı maraqlı iddia ortaya atıb.
Belə ki, İngiltərə mətbuatının yazdığını görə uruqvaylı əlcək sahibini Roberto Mançinin keçmiş komandası "Mançester Siti" heyətinə qatmaq istəyir. Bu səbəbdən "şəhərlilər"in menecerlərinin "Yuventus"la qarşılaşma zamanı qapıçını izlədiyi də bildirilir.