Premyer Liqanın 31-ci turunda evdə "Şeffild Yunayted"i qəbul edən "Liverpul" 3:1 hesabı ilə qalib gələrək turnir cədvəlinə başçılıq edib.
Fanat.Az "Opta"-ya istinadən xəbər verir ki, Yürgen Kloppun komandası bu matçda həm də yeni rekord müəyyənləşdirib.
Mənbənin məlumatına görə, mersisaydlılar oyunda 83,1 faiz topa sahib olub. Bu, Premyer Liqa tarixində belə hesablamaların başladığı 2003/2004 mövsümündən bəri rekord göstəricidir.
Əvvəlki rekord Xosep Qvardiolanın "Mançester Siti"sinə məxsus idi - 82,9 faiz. "Şəhərlilər" belə üstünlüyə 2018-ci il aprelin 22-də "Suonsi" ilə matçda sahib olmuşdu.
Qeyd edək ki, bu göstəriciyə görə ilk "5-lik"də yalnız Kloppun “Liverpul”u və Qvardiolanın “Mançester Siti”si var:
Mirağa