“Rəvan” transfer çalışmalarını davam etdirir. Fanat.az xəbər verir ki, paytaxt klubu daha bir müqavilə bağlamağa hazırlaşır.
Belə ki, “Rəvan” Kristian Torresi heyətinə qatır. Artıq argentinalı futbolçu ilə razılıq əldə olunub və yaxın günlərdə müqavilə imzalanacaq.
Qeyd edək ki, Torres 2011-2013-cü illərdə “Rəvan”da çıxış edib və 45 oyunda 5 qol vurub. Onun son iş yeri “Qarabağ” olub. Bu ilin əvvəlində Ağdam klubuna keçən argentinalı cəmi 6 oyunda meydana çıxa bilib. Yarımmüdafiəçi 2009-2011-ci illərdə çıxış edib – 52 oyun, 6 qol.
Torres əvvəllər Argentinanın “Atletiko Kolegiales”, Latviyanın “Yurmala” və “Metallurq” klublarında top qovub.