İngiltərə Premyer Liqasının nizam-intizam komitəsi "Nottingem Forest"in prezidenti Evangelos Marinakisi diskvalifikasiya edib.
Fanat.Az xəbər verir ki, məlumatı ESPN yayıb.
Xəbərə görə, Marinakis Premyer Liqasının 6-cı turunda "Fulhem"lə matçdan sonra hakim Coş Smitin ayağına tüpürdüyünə görə cəzalandırılıb. Həmin görüşdə 0:1 uduzan “Nottingem Forest" yeganə qolu narazı qaldığı penaltidən buraxıb.
Beləliklə, Evangelos Marinakis klubunun qarşıdakı 5 oyununda iştirak edə bilməyəcək. Həmçinin, klub funksionerinə xəbərdarlıq edilib ki, pozuntuların təkrarlanması halında sanksiyalar daha ciddi olacaq.
"Nottingem Forest" Premyer Liqada 8 turdan sonra 13 xalla səkkizinci yerdə qərarlaşıb.
Mirağa