“Çelsi” və “Mançester Siti” klubları maliyyə fırıldaqları səbəbindən İngiltərə Premyer Liqasından kənarlaşdırıla bilər.
Fanat.Az xəbər verir ki, məlumatı“The Sun” nəşri yayıb.
Premyer Liqanın müstəqil komissiyası artıq adıçəkilən klublara təqsirli bilinəcəkləri təqdirdə çempionatdan kənarlaşdırılacaqları haqda xəbərdarlıq edib.
Ötən ilin fevralında “Mançester Siti”yə 115 qayda pozuntusu ilə bağlı ittiham irəli sürülüb. Hazırda "şəhərlilər"in vəkilləri klubu vəziyyətdən çıxarmağa çalışırlar.
“Çelsi” ilə bağlı durum isə fərqlidir. "Zadəganlar"a qarşı hələ ittiham irəli sürülməyib. Ancaq 2023-cü ilin yayında, London təmsilçisinin sabiq sahibi Roman Abramoviçin dönəmində klubun maliyyə hesabatlarında ciddi nöqsanlar aşkarlanıb.
Qeyd edək ki, bu mövsüm maliyyə pozuntularına görə "Nottinqem Forest"in 4, "Everton" isə 6 xalı silinib.