"Nyukasl"ın Kot`D-İvuardan olan oyunçusu Çeyk Tiote evli olmasına rəğmən ikinci dəfə ailə həyatı qurub. Fanat.az xəbər verir ki, 28 yaşlı müsəlman futbolçunun ilk həyat yoldaşı ərinin evlənməsi barədə xəbəri "Facebook"dan öyrənib.
O, ərinin Kot`D-İvuarda Laetika Dokru adlı xanımla evlənməsinə görə narahat olmadığını bildirib. Tiotenin nigahdan kənar münasibət saxladığı və bir uşağının olduğu 33 yaşlı zimbabveli Nikki Mpofu isə xəbər aqressivliklə qarşılayıb: "Tiote məndən istifadə edib kənara atdı. Onunla münasibətlərimizə son qoyuram".
Futbolçunun meneceri Jean Musampa da xəbəri təsdiqləyib: "Evlilik xəbəri doğrudu. Tiote müsləmandı və ölkəsində 4 dəfə evlənməyə icazə verilir".
Fanat.az