Harri Keyn "Bayer Leverkuzen"lə oyundan nə gözləyir?

Harri Keyn "Bayer Leverkuzen"lə oyundan nə gözləyir?

"Bayern Münhen"in hücumçusu Harri Keyn Almaniya Bundesliqasının 21-ci turunda çempionatın lideri "Bayer Leverkuzen"ə qarşı keçirəcəkləri oyun barədə danışıb.

Fanat.Az xəbər verir ki, "Bild" onun dediklərini belə çatdırıb:

"Son vaxtlar imkanlarımızdan aşağı çıxış etsək də, rəqiblərimizin özlərini ən yaxşı tərəfdən göstərdiklərini də unutmamalıyıq. Şənbə günü keçiriləcək matç bizim üçün çox çətin sınaq olacaq. Mübarizə aparmalı, ehtirasımızı ortaya qoymalıyıq və biz bunu edəcəyik".

Levrkuzen təmsilçisi Bundeliqanın turnir cədvəlində 52 xalla birinci, onlardan 2 xal geri qalan münhenlilər isə 2-ci pillədə mövqe tutublar.

Tərəflər fevralın 10-da, "Bay Arena"da üz-üzə gələcəklər.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər