"Hamıdan çox qol vurmaq kimi bir hədəfim yoxdur" - Birinci Liqanın bombardiri 

"Hamıdan çox qol vurmaq kimi bir hədəfim yoxdur" - Birinci Liqanın bombardiri 

Bu mövsüm Birinci Liqanın geridə qalan 9 turundan sonra "Şamaxı"nın hücumçusu Elşad Tağıyev 9 qolla bombardirlər cədvəlinə başçılıq edir. Gənc forvardın özü ilə əlaqə saxlayıb cari mövsüm göstərdiyi performans və qarşısına qoyduğu hədəflər barədə fikirlərini öyrəndik.

Tağıyevin Fanat.Az-a açıqlaması belə oldu:

"Hamıdan çox qol vurmaq kimi bir hədəfim yoxdur. Mən hər oyuna komandaya maksimum nəticə vermək üçün çıxıram. Hücumçuyam və qol vurmaq mənim borcumdur. İstənilən sistemdə məşqçilərin verdiyi tapşırığı yerinə yetirmək üçün əlimdən gələni edirəm. Biz çox vaxt hücum futbolu oynadığımız üçün mənim qol vurmaq şanslarım da çoxalır. Hədəfimiz çempionluqdur. Bunun üçün əlimizdən gələni edirik, amma  istədiyimiz yerdə deyilik. Məşqlərdə var gücümüzlə çalışırıq. Məqsədimizə nail olacağımıza inanıram".

Nahid Məmmədov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər