Ferdi Kadıoğlu Premyer Liqa klubuna transfer olundu - RƏSMİ

Ferdi Kadıoğlu Premyer Liqa klubuna transfer olundu - RƏSMİ

Türkiyə millisinin və "Fənərbağça"nın üzvü Ferdi Kadıoğlu karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək. 

Fanat.Az xəbər verir ki, "Brayton" klubu 24 yaşlı futbolçunun keçidini rəsmən elan edib.

Sol cinah müdafiəçisi 4 il Premyer Liqa klubunun şərəfini qoruyacaq.

Qeyd edək ki, "Fənərbağça"nın heyətində 6 mövsüm keçirən Kadıoğlu 200-dən artıq oyunda meydana çıxıb. 18 qola imza atan Ferdi 2023-cü ildə "sarı-lacıvərdlilər"lə Türkiyə kubokunu qazanıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər