Əlcəzairli ulduz Premyer Liqa yolunda

Əlcəzairli ulduz Premyer Liqa yolunda

Afrika Millətlər Kubokunda parlayan Anis Hac-Mussa "Çelsi"nin radarına düşüb.

Fanat.Az "Foot Mercato"ya istinadən xəbər verir ki, London klubu əlcəzairli vingerin transfer şərtləri ilə bağlı rəsmi sorğu göndərib.

Hazırda "Feyenord"da çıxış edən 23 yaşlı futbolçu, yüksək sürəti və driblinq qabiliyyəti ilə Avropa skautlarını heyran qoyub.

"Zadəganlar" digər klubların rəsmi təklif verməsini gözləmədən prosesi nəzarətdə saxlamaq istəyir.

Hazırda tərəflər arasında ilkin danışıqlar davam edir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər