Edin Terziç Premyer Liqa klublarının hədəfində - Gedəcək?

Edin Terziç Premyer Liqa klublarının hədəfində - Gedəcək?

"Borussiya Dortmund"un baş məşqçisi Edin Terziç İngiltərə klublarının maraq dairəsinə düşüb. 

Fanat.Az xəbər verir ki, bu barədə “Goal” məlumat yayıb. 

Mənbənin məlumatına görə, o, "Mançester Yunayted" və "Lester"in namizəd siyahısındadır. Doğrudur, alman mütəxəssis "qırmızı şeytanlar" üçün ilk seçim deyil. Daha real variant Entso Mareskanın gedişindən sonra yeni baş məşqçi axtarışında olan "Lester"dir.  "Borussiya" da Terziçlə müqaviləni uzatmağa hazırdır. Ancaq xəbərə görə, mütəxəssis başqa variantları nəzərdən keçirə bilər. Terziç əməyinin Almaniyadan kənarda daha çox qiymətləndiriləcəyini düşünür. Qeyd edək ki, "Borussiya" Edin Terziçin rəhbərliyi altında bu mövsüm Çempionlar Liqasının finalında iştirak edib. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər