Darren İlz Premyer Liqa klubundan ayrılmağa qərar verdi - Kədərli səbəb

Darren İlz Premyer Liqa klubundan ayrılmağa qərar verdi - Kədərli səbəb

"Nyukasl"ın icraçı direktoru Darren İlz səhhətinə görə vəzifəsini tərk edəcək. 

Fanat.Az xəbər verir ki, məlumatı klubun saytı yayıb.

Bildirilib ki, 52 yaşlı İlzə xroniki limfositar leykemiya (qan xərçəngi) diaqnozu qoyulub. O, varisi təyin olunana qədər vəzifəsini icra edəcək.

İlz 2022-ci ilin avqustundan "Nyukas"lın icraçı direktorudur. İlk mövsümündə klub Premyer Liqada 4-cü yeri tutaraq Çempionlar Liqasına yüksəlib.

İlz futbol karyerasına "Vest Bromviç"də hüquq işləri üzrə direktor kimi başlayıb. Daha sonra o, "Tottenhem", "Atalanta" və "Aberdin" klublarının idarəçiliyində olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər