Birinci Liqanın qalibi mükafatlandırıldı

Birinci Liqanın qalibi mükafatlandırıldı

Futbol üzrə Azərbaycan I Liqasının qalibi olan "Şamaxı" klubu mükafatlandırılıb.

Fanat.Az-ın məlumatına görə, tədbir Şamaxı şəhər stadionunda baş tutub.

Oyunçulara medallar və kubok verilib.

Mükafatları Peşəkar Futbol Liqasının (PFL) texniki-idman direktoru Elgiz Abbasov, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, PFL əməkdaşı Məlik Həsənov təqdim ediblər.

Qeyd edək ki, "Şamaxı" klubu 27 turdan sonra 57 xalla I Liqanın qalibi olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər