Birinci Liqanın 3-cü turunda "Karvan" doğma meydanda "Ağsu Difa"ni qəbul edib. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yevlax təmsilçisinin qələbələrində pay sahibi olan 27 yaşlı hücumçu Ruslan Voronsov ilə əlaqə saxlayıb görüş barədə fikirlərini öyrəndik. Təcrübəli "19 nömrə"nin Fanat.Az-a açıqlaması belə oldu: "Çox ağır bir oyun oldu. Qapanan rəqibə qarşı oynamaq çox çətin olur. Şükür Allaha, qələbə qazandıq. Rəqibimizə də gələcək oyunlarda uğurlar arzu edirəm. Birinci Liqada asan rəqib yoxdur. Hər kəs meydanda xal almaq üçün döyüşür. Bizim üçün bütün rəqiblər eynidir. Hamısına eyni gözlə baxırıq. Bir də azarkeşlərimizə çox sağol demək istəyirəm. Futbolun gözəlliyi azarkeşlərdir. Bizi 90 dəqiqə dayanmadan dəstəklədilər". Qeyd edək ki, üç turdan sonra hesabında 7 xal olan "Karvan" 1-4-cü yerləri bölüşür. Nahid Məmmədov
"Birinci Liqada asan rəqib yoxdur" - "Karvan"ın hücumçusu
TREND
Azərbaycan futbolu
23:31
07.10.2026
"Qarabağ"ın gənc hücumçusuna Avropa nəhəngindən dəvət
Azərbaycan futbolu
16:43
08.10.2026
Ayxan Abbasov Rusiyanın elita klubunun əsas qapıçısı ilə maraqlanacaq - AÇIQLAMA
Azərbaycan futbolu
11:12
11.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
09:51
14.10.2026
Həftəiçi oyunlar bu kanallarda - AFİŞA
Oxşar xəbərlər
Azərbaycan futbolu
21:11
14.10.2026
U-19 Liqasında V turun rəmzi komandası bəlli oldu
Azərbaycan futbolu
18:02
14.10.2026
"İşimiz çətindir, amma..." - Rakif Əliyev
Azərbaycan futbolu
17:43
14.10.2026
"Sabahkı oyunda qələbə qazanıb azarkeşlərimizi sevindirmək istəyirik" - Ehtiram Şahverdiyev
Azərbaycan futbolu
17:25
14.10.2026
"Məqsədimiz liderə qarşı yaxşı oyun göstərib yaxşı nəticə qazanmaqdır" - "Xankəndi"nin baş məşqçisi