Birinci Liqa klubunda iki afrikalı - FOTOLAR

Birinci Liqa klubunda iki afrikalı - FOTOLAR

Şəhriyar Məmmədovla yolları ayıraraq baş məşqçi postunu Rüfət Quliyevə tapşıran Birinci Liqa təmsilçisi "Araz Saatlı" "qara zolaq"dan çıxmaq üçün çalışmalarını davam etdirir.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, "pambıqçılar" iki afrikalı futbolçu ilə münasibətləri rəsmiləşdirməyə yaxındır.

Onlardan biri 20 yaşlı qvineyalı müdafiəçi Bah Tahiroudur.

Birinci Liqa klubunda iki afrikalı - FOTOLAR

Digəri futbolçu isə 18 yaşlı nigeriyalı Ben Elia Juniordur. Ben dayaq yarımmüdafiəçisidir.  

Birinci Liqa klubunda iki afrikalı - FOTOLAR

Hər iki oyunçu klubun düşərgəsindədir. Hazırda klub sözügedən oyunçuları sifariş edə bilmək üçün sənədləşmə işlərini yekunlaşdırmaq üzrədir.  

Qeyd edək ki, "Araz Saatlı" Birinci Liqanın ilk 4 oyununda xal qazana və qol vura bilməyib.

Nahid Məmmədov  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər