Birinci Liqa klubunda 6 yeni futbolçu - ADLAR

Birinci Liqa klubunda 6 yeni futbolçu - ADLAR

Birinci Liqada mübarizə aparan debütant "Araz Saatlı" qış transfer dönəmində  heyətinə yeni futbolçular qatıb.

Fanat.Az-a Mərkəzi Aran təmsilçisindən verilən məlumata görə, komandaya  6 oyunçu cəlb edilib. 

Bunlar Ravil Yusifli və Ceyhun Rəcəbli (hər ikisi "Şəki Siti"), Elnur Mustafazadə ("Karvan" ),  Fərid Nadirov ("İmişli"), Ənəs Şabanov ("Zirə") və Cavidan Rəhimlidir ("Qaradağ Lökbatan").

Qeyd edək ki, 12 turdan sonra 3 xalı olan "Araz Saatlı" Birinci Liqanın turnir cədvəlində sonuncu pillədə qərarlaşıb.

Nahid Məmmədov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər