Birinci Liqa klubu mövsümlük biletləri satışa çıxardı

Birinci Liqa klubu mövsümlük biletləri satışa çıxardı

Birinci Liqa təmsilçisi "Zaqatala" 2023/2024 "futbol ili" üçün mövsümlük biletləri təqdim edib.

Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, azarkeşlər birdəfəlik 20 manat ödəyərək komandanın bütün ev oyunlarını izləyə bilərlər.

Bölgə klubu şəhid ailələrinin üzvləri və qazilərə jest edib. Belə ki, həssas təbəqənin üzvləri stadiona pulsuz buraxılacaqlar.

Qeyd edək ki, "Zaqatala" ilk ev oyununu bu gün saat 16:30-da "İrəvan"a qarşı keçirəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər