Birinci Liqa klubu mərkəz yarımmüdafiəçisi transfer etdi

Birinci Liqa klubu mərkəz yarımmüdafiəçisi transfer etdi

Birinci Liqanın debütantı "Araz Saatlı" heyətini legioner futbolçu ilə gücləndirib.

Fanat.Az Mərkəzi Aran təmsilçisinin "Facebook" hesabına istinadən xəbər verir ki, baxışda olan nigeriyalı Elijah Junior Benlə münasibətlər rəsmiləşdirilib. 

18 yaşlı mərkəz yarımmüdafiəçisi ilə cari mövsümün sonuna qədər müqavilə bağlanılıb. Futbolçunun 19 nömrəli formanı geyinəcəyi və sabah baş tutacaq "Difai Ağsu" ilə oyunda meydana çıxacağı bildirlib.

Qeyd edək ki, "Araz Saatlı" ilk 4 turun bütün oyunlarında məğlub olub. 20 qola üzülən "pambıqçılar" rəqib qapılarına yol tapa bilməyib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər