Birinci Liqa: 10 qolluq şou "hərbçilər"i zirvəyə daşıdı

Birinci Liqa: 10 qolluq şou "hərbçilər"i zirvəyə daşıdı

Azərbaycan Birinci Liqasında 17-ci tur start götürüb.

Fanat.Az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

MOİK  "Araz Saatlı"nı qəbul edib. 10 qolun vurulduğu matçda meydan sahibləri qalib gəlib - 6:4.  Bu qələbə sayəsində xal hesabını 32-yə çatdıran "hərbçilər" zirvəyə yüksəlib.

Birinci Liqa 6 mart

MOİK - "Araz Saatlı" - 6:4

Qollar: Elmir Rəhimzadə, 23, 87, Ramil Orucov, 37, Nicat Əskərov, 39, Nihad Qurbanlı, 58, Cavidan Abbaszadə, 82 - Nurlan Bayramov, 44-avtoqol, Sequn Omotoşo, 48, Şamil Abdullayev, 62, Rəvan Əvəzov, 77

Qeyd edək ki, turun digər görüşləri 7-8 mart tarixlərində keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər