"Real Madrid"də çıxış edən ulduz Cud Bellinqhemin kiçik qardaşı Cob Bellinqhem İngiltərə Premyer Liqası klubuna keçməyə yaxındır.
Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
Xəbərə görə, "Sunderland"in gənc yarımmüdafiəçisi ilə "Kristal Palas maraqlanır. Premyer Liqa klubu artıq danışıqlara başlayıb. London klubunun baş məşqçisi Oliver Qlasner 18 yaşlı ingilisi israrla komandasında görmək istəyir. Ona görə də “qartallar” onu prioritet transfer hədəfi kimi müəyyənləşdirib.
Bununla belə, "Brentford" da daxil olmaqla, bir sıra klubların maraqlandığı Cob üçün "Kristal Palas" ciddi rəqabətlə üzləşə bilər.
Cob 2023/24 mövsümündə Çempionşipdə 47 oyun keçirib, 7 qol vurub və 1 məhsuldar ötürmə edib. "Transfermarkt" yarımmüdafiəçinin dəyərini 9 milyon avro qiymətləndirir.
Mirağa