"Bayern" Premyer Liqa klubunun çalışdırıcısına tapşırılacaq - Bu, De Dzerbi deyil 

"Bayern" Premyer Liqa klubunun çalışdırıcısına tapşırılacaq - Bu, De Dzerbi deyil 

"Bayern Münhen" İngiltərə Premyer Liqasında çalışan məşqçiyə gözünü dikib. 

Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Florian Plettenberq yayıb. 

Mənbənin məlumatına görə, Avstriya millisinin baş məşqçisi Ralf Ranqnikin imtinasından sonra almanların prioritet namizədi “Kristal Pelas”a rəhbərlik edən Oliver Qlasner olub. Baxmayaraq ki, “qartallar”ın rəhbərliyi fevralda komandaya təyin olunan alman mütəxəssisi buraxmaqdan imtina edir. 

“Kristal Pelas” hazırda Premyer Liqada 12-ci pillədə qərarlaşıb. 

Xatırladaq ki, Qlasner daha əvvəl Bundesliqada “Ayntraxt Frankfurt”a rəhbərlik edib və bu komanda ilə Avropa Liqasının qalibi olub.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər