Azərbaycanlı MMA döyüşçüsündən Almaniyada növbəti qələbə

Azərbaycanlı MMA döyüşçüsündən Almaniyada növbəti qələbə

Azərbaycanın MMA döyüşçüsü Əli Quliyev növbəti qələbəsini qazanıb.

Fanat.Az xəbər verir ki, Azərbaycanın MMA üzrə “ASED Fighting Championship” (AFC ASED) liqasının üzvü Almaniyada "Brave 68" turnirində gücünü sınayıb.

66 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz braziliyalı Jefferson Oliveira ilə qarşılaşıb və ikinci raundda texniki nokautla qalib gəlib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər